Koronavirus bir "İblisdir" - Pasiyentlərin qəribə şikayətləri

  • 2020.10.26 14:31
  • 2205 Baxış
Koronavirus bir "İblisdir"  -  Pasiyentlərin qəribə şikayətləri

Koronavirus xəstəliyindən müalicə olunan insanlar sağaldıqdan sonra qəribə simptomlar yaşamağa davam edirlər.

Medicina.az xəbər verir ki, Avropada artıq "long koronavirus" adlı yeni sindrom gündəmdədir.
Sağalan xəstələr sonrakı 2-3 ayda da yeni-yeni ağrı, simtpomlarla həkimlərə üz tutur.

Pasiyentlər koronavirusu sanki İblislə müqayisə edərək bunları bildirir:

“Hələ də ağciyərimdə zədələnmə, ürək çatışmazlığı, iybilmə duyğusunun yox olması, xroniki yorğunluq və astma var. Daim boğuluram və bir çox sinə infeksiyaları diaqnozu ilə yenidən xəstəxanaya yerləşdirildim. Koronavirus şeytandır” , - xəstə qeyd edib.


“Mənim, ümumiyyətlə, enerjim yoxdur. Sadəcə pilləkənlərlə qalxanda yarıda dayanmalıyam. İndi bir iş görmək bütün günümü aparır”, - daha bir pasiyent şikayətlənib.


İnfeksiyanın uzunmüddətli gedişatının daha çox əmək qabiliyyətli yaşda olan insanlara təsir etdiyi qeyd olunur, nəinki 18 yaşınadək və ya 65 yaşdan yuxarı olanlara. Çox güman ki, qadınlar kişilərə nisbətən daha həssasdır.