“Koronavirus cəbhə tanımır, ön cəbhəyə keçə bilər...” - Professor

  • 2020.10.21 15:11
  • 1136 Baxış
“Koronavirus cəbhə tanımır, ön cəbhəyə keçə bilər...” -  Professor

“Koronavirus cəbhə tanımır, çox asanlıqla ön cəbhəyə keçə və bizim uğurlu işimizə problem yarada bilər”.

Bunu “Qafqazinfo”ya açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, Azərbaycanda koronavirusa yoluxma statistikasında artımın baş verməsinin əsas səbəblərindən biri vətəndaşların karantin davranışlarına əməl etməməsidir:

“Son vaxtlar Vətən savaşı ilə əlaqədar da bu məsələ bir qədər arxa plana keçib. Vətəndaşlar məsuliyyət nümayiş etdirməlidirlər. Koronavirusun arxa cəbhədə bu şəkildə yayılması o deməkdir ki, virus çox asanlıqla ön cəbhəyə keçə bilər. Biz dövlət olaraq çox həyati vacib məsələ ilə məşğuluq. Bu gün vətəmizin torpaqlarının işğaldan azad olunması məsələsi gündəmdədir və hər kəs bu məsələdə çalışır ki, öz töhfəsini versin. Buna ən böyük töhfə isə vətəndaşların məsuliyyətli olmasıdır”.

A.Qeybulla bildirib ki, qapalı mühitdə az olmaq, məsafə gözləmək, maska taxmaq, əlləri dezinfeksiya etmək son dərəcə vacibdir.