Koronavirus daha bir müəllimin həyatına son qoydu

  • 2021.05.01 23:47
  • 1945 Baxış
Koronavirus daha bir müəllimin həyatına son qoydu
Sumqayıtda daha bir müəllim koronavirusun qurbanı olub. 

Medicina.az xəbər verir ki, Sumqayıt şəhər 35 saylı məktəbin müəllimi Məsudə Səfərəliyeva bu gün COVID-19-dan vəfat edib.

O, riyaziyyat fənnini tədris edib.

Xatırladaq ki, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Cəbrayılova da ötən gün koronavirusdan dünyasını dəyişib.