Dünyada yay dalğasına nisbətən payız dalğasında Covid 19 virusundan ölüm faizi azalmaqdadır.
Medicina.az xəbər verir ki, virusoloq Anatoliy Altşeyn virusun getdikcə zəiflədiyini bildirib.
“Əgər müqayisə etsək və beynəlxalq statistikaya baxsaq, indi letallıq faizi 3 dəfə azalıb. Əvvəl yoluxanlardan 10-12%-i həyatını itirirdisə, indi bu bütün dünyada 0,5-0,8 faizdir.
Bu heç də səhiyyənin və dərmanların gücünə görə deyil. Virus özü zəifləyir və zəifləməkdə davam edəcək. Amma bu o demək deyil ki, insanlar yoluxmayacaq. Yoluxma olacaq, lakin əvvəlki kimi ağır gedişatlar az olacaq”.