Koronavirus əqli zəifliyə səbəb ola bilər

  • 2020.10.15 14:59
  • 2084 Baxış
Koronavirus əqli zəifliyə səbəb ola bilər

COVID-19 virusu insan beynində müəyyən dəyişikliklər yarada bilər.

Medicina.az “MedRxiv”ə istinadən xəbər verir ki, braziliyalı tədqiqatçıların apardığı araşdırmada “SARS-CoV-2” virusunun mərkəz sinir sistemi hüceyrələrinə təsir göstərərək beyin qabığında dəyişikliklərə, nəticədə şizofreniya, Alzheimer və Parkinson xəstəliklərinin ortaya çıxmasına səbəb ola biləcəyi irəli sürülür.

Tədqiqat müəlliflərinin qənaətincə bu kimi fəsadlar koronavirusu hətta yüngül keçirən şəxslərdə də baş verə bilər.

Həmçinin başağrısı, iybilmənin itməsi, qıc kimi COVID-19-a xas əlamətlərin də nevroloji məhiyyət daşıdığı qeyd olunur.