Koronavirus havada 9 saat qalıb uçuşur – Aerozol yoluxma nədir?

  • 2021.09.09 17:12
  • 2821 Baxış
Koronavirus havada 9 saat qalıb uçuşur  – Aerozol yoluxma nədir?


Koronavirus xəstənin ağız-burnundan damcılar vasitəsilə həmin məkanın havasında asılı vəziyyətdə uzun saatlar canlı qala bilir.

Sonradan o xəstə insan o ərazidə olmasa da, digər insanları yoluxdura bilir.

Medicina.az xəbər verir ki, bu barədə kovid üzrə ekspert, professor Ança Baranova bildirib.
Kovid təkcə hava damcı yolu ilə yox, aerozol üsulu ilə də yoluxur.

C. Meyson Universitetinin virusoloqu Ança Baranova koronavirusdan ikinci müdafiə xəttinin yaradılmasının vacibliyini açıqlayıb.
Birinci xətt vaksindir.

Havada 6-9 saat asılı qalıb uçuşan kovid virus zərrəcikləri orda maskasız olan və danışan hər bir kəsi yoluxdurur. Aerozol yolu ilə yoluxmada virus yükü daha çoxdur.

Xəstə insan asqırıb öskürərkən onun tənəffüs yollarından çıxan virus ağır olur və onlar dərhal aşağı doğru, döşəməyə, müxtəlif əşyaların üzərinə çökür və 1-2 saata virus parçalanır, yoluxduruculuq olmur.

Bu zaman yalnız xəstənin yanında maskasız duran və təmasda olan insan yoluxa bilər.
Havada olan viruslar isə o qədər yüngül olur ki, onlar hava axını ilə hərəkət edir.

“Bunu Sinqapur alimləri aşkar edib. Onlar sübut ediblər ki, danışan adamın ağzından çıxan hava aerozolları ilə ətraf havaya keçən virus 9 saat asılı qalır. Otaqda, məkanda hava mübadiləsi, dəyişini nə qədər çox olsa, bir o qədər viruslar aşağı çökər və hava təmizlənər.

Viruslar otaq havasında dağınıq, xaotik formada hərəkət edirlər. Onlar hava axınına qoşulur.



Aerozol yoluxmaya kimlər məruz qalır:

- Otaqda işi ilə bağlı çox danışanlar
- Maskasız olanlar
- Şagirdlər, tələbələr, müəllimlər
- Ofis işçiləri
- Mağaza, market, bank işçiləri

Necə qorunmalı?

Adi maska yox, yüksək qoruyuculu respiratorlar taxmaq.
Havanın ventikyasiyası və dəyişməsini təmin etmək
Otaqları havalandırmaq
Adi maska virusdan 10% qoruyur, respiratorlar isə burun və üzə kip oturur.

Respiratorlar:

N95
KN 95
3M (FFP 3)