Koronavirus pandemiyası bütün dünyada ömür müddətini qısaldıb

  • 2024.03.14 12:12
  • 378 Baxış
Koronavirus pandemiyası bütün dünyada ömür müddətini qısaldıb
COVID-19 pandemiyası səbəbilə dünya üzrə gözlənilən ömür uzunluğu azalıb.

Medicina.az xəbər verir ki, bunu Vaşinqton Universitetinin Sağlamlıq Ölçüləri və Qiymətləndirilməsi İnstitutunun (IHME) apardığı araşdırma üzə çıxarıb.

195 ölkənin 1950-2021-ci illər arasındakı ölüm nisbətləri və gözlənilən ömür uzunluğu təhlil edilib. Həmçinin sorğular, siyahıyaalmalar və digər mənbələrdən əldə edilən məlumatlardan istifadə edilən araşdırma nəticəsində məlum olub ki, 2019-2021-ci illər arasında dünya üzrə gözlənilən ömür uzunluğu 1,5 ildən çox azalıb, keçmiş artımlar isə kəskin şəkildə geri çəkilib.

Araşdırmaçılar pandemiya zamanı ölkələrin 84 faizində gözlənilən ömür uzunluğunun qısaldığını açıqlayıblar.

Araşdırmanın təfərrüatları "The Lancet" jurnalında dərc olunub.

Aysel