Koronavirus peyvəndini hər il təktar vurdurmalıyıq- İnfeksionist həkim

  • 23 Yan 2021 15:40
  • 781 Baxış
Koronavirus peyvəndini hər il təktar vurdurmalıyıq - İnfeksionist  həkim

Kollektiv immunitetin yaranması üçün əhalinin çox hissəsi vaksinasiyadan keçməlidir. Yalnız bundan sonra pandemiyaya qalib gələ bilərik.

Medicina.az xəbər verir ki, bunu media.az-a həkim infeksionist Vüsalə Yaşar bildirib.

O, ölkədə başlanan vaksinasiya ilə bağlı nəticələrin yaxşı olacağına ümid etdiyini deyib.


“Əlbəttə ki, əhalinin əksəriyyətinin daha məntiqli qərarlar verməsini istərdim. Biz tez-tez yalan və bəzən gülünc iddialar eşidirik, məsələn guya insanları çipləşdirəcəklər və sair. Ancaq seçim olduqda - təhlükəli bir xəstəliklə qarşılaşmaq və ya peyvəndlənmək, əlbəttə ki, ikinci variantın lehinə seçim edilməlidir. Qorxacaq bir şey yoxdur, bu eynilə Hepatit B-də olduğu kimi inaktiv (yəni “öldürülmüş”) vaksindir”, - deyə o, əlavə edib.

Müsahib peyvənddən sonra koronavirusdan müdafiənin müvəqqəti olması məsələsinə də toxunub.

“Böyük ehtimalla vaksinasiya ildə bir dəfə həyata keçiriləcək. Məsələ burasındadır ki, peyvəndin bir illik müdafiə təmin edəcəyinə inanırıq”, - deyə Vüsalə Yaşar sözlərini yekunlaşdırıb.