Koronavirus qurbanlarının sayı 170 mini keçdi

  • 2020.08.17 09:20
  • 2315 Baxış
Koronavirus qurbanlarının sayı 170 mini keçdi

ABŞ-da COVID-19 virusundan 170 mindən çoxu dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına görə bununla da pandemiya başlayandan etibarən ölkədə yoluxanların sayı 5 401 167 nəfərə çatıb. Bunlardan 170 min 019 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, koronavirusa yoluxanların və ölənlərin ümumi sayına görə ABŞ böyük fərqlə birinci yerdədir.