Koronavirus sonuncu pandemiya olmayacaq, hazır olmalıyıq - Özlem Türeci

  • 2021.10.18 16:03
  • 1757 Baxış
Koronavirus sonuncu pandemiya olmayacaq,  hazır olmalıyıq -  Özlem Türeci
Hazırda dominant mutasiya Delta variantıdır. Laboratoriya sınaqlarında gördüyümüz kimi, hazırladığımız peyvənd onu da neytrallaşdırır. Delta variantına qarşı tam qorunma əldə edilə bilər. Antikor zamanla azalsa da, peyvəndin üçüncü dozasının antikor səviyyəsini yüksəldəcəyini xatırlatmaq vacibdir.

Medicina.az xəbər verir ki, bu sözləri “BioNTech”in qurucusu, türkiyəli professor Uğur Şahin və Özlem Türeci deyib. Yunanıstanın “İmparatoriçe Theophano” mükafatına layiq görülən alimlər jurnalistlərin suallarını cavablandırıb.

Özlem Türeci yekunda koronovirus pandemiyasının bitmə tarixi haqqında önəmli mesajlar verib:

“Virusla bir müddət yaşayacağıq. Bu, bizim yeni normal halımız olacaq, buna öyrəşəcəyik və virusun qorxulu hissəsi yox olacaq. Bir müddət sonra qripə bənzəyəcək, peyvəndlənəcək və daha uzun müddət qorunma təmin ediləcək.


Ancaq bu, dünyanın üzləşdiyi son ölümcül pandemiya olmayacaq. Buna görə də hazır olmalıyıq”.