Koronavirus spermi zədələyir – Kişilərdə törətdiyi fəsadlar

  • 2020.08.12 15:46
  • 3099 Baxış
Koronavirus spermi zədələyir  – Kişilərdə törətdiyi fəsadlar
Androloqlar koronavirusun kişi reproduktiv sisteminə fəsadı barədə ortaq fikrə gəliblər. Koronavirusa yoluxmuş kişi cinsində virus bir çox fəsadlar yarada bilər ki, bunlardan biri də spermatozoidlərə təsiridir.

Medicina.az xəbər verir ki, yeni tip koronavirus kişi spemində aşkarlanıb.


Amerika, Çin və Rusiya həkimlərinin rəylərinə görə, yoluxmuş kişilərin 15%-də xəstəliyin kəskin mərhələsində sperma analizində virus tapılıb. Sağalanların isə 8%-də virus spermatozoidlərdə bir müddət qalır.

Amma bu hələ o demək deyil ki, bu halda koronavirus cinsi yolla ötürülə bilər. Virus həqiqətən spermdə aşkarlana bilir, lakin bu bütün kişilərə aid deyil.

Koronavirus ilk olaraq respirator orqanlara keçir, daha sonra ürək, bağırsaq, cinsiyyət üzvlərinə çatır.
Amma yenə də yoluxmuş kişi xəstələr ən azı 1 ay cinsi münasibətlərdən uzaq durmalıdır.

Hələ 2020-ci ilin martında Çin mütəxəssisləri yeni virusun kişi yumurtalıqarına mənfi təsir etdiyini və gələcəkdə sonsuzluq yarada biləcəyini elmi tədqiqatla sübut etmişdilər.