Koronavirus testini anusdan götürəcəklər - SƏBƏB

  • 2021.02.16 15:47
  • 3287 Baxış
Koronavirus testini anusdan götürəcəklər  - SƏBƏB

Çində koronavirusu aşkarlamaq üçün yaxma testini bağırsaqdan götürmək metodu tətbiq edilməyə başlanılıb.


Medicina.az xəbər verir ki, virus yoluxmadan 5-7 gün sonra boğaz-burundan aşağı endiyi üçün və koronavirus uzun müddət bağırsaqlarda qaldığı üçün bu metod daha çox koronavirusa yoluxmuş xəstəni aşkar etməyə imkan verəcək.


Anusda virus qalıqları tənəffüs yollarından daha uzun müddət qalır və tualetdən gigiyenaya əməl etmədikdə sağlam insanlara keçə bilir.


Əhali bu metodun utancverici və çətin olmasını əsas gətirərək imtina etmək istəyir, lakin Çin sağlam adamlar arasında koronaviruslu xəstələrin təhlükə yaratmasının qarşısını almaq üçün xüsusilə burun yaxma testi neqativ çıxan və xəstəxanadan evə yazılan xəstələrdən anal test götürəcək.