Koronavirus ürək xəstəliklərinə səbəb olur - Mütəxəssislər

  • 2020.10.05 12:52
  • 3510 Baxış
Koronavirus ürək xəstəliklərinə səbəb olur  - Mütəxəssislər

Həkimlər bildirirlər ki, ürəklə bağlı hansısa problemi olmayan insanlarda da COVİD-19-a yoluxma sırasında bu kimi xəstəliklər yarana bilir.


Medicina.az xəbər verir ki, həkimlərin məsləhətinə görə, xroniki ürək problemləri olan, koronavirusa yoluxan insanlar daha diqqətli olmalıdır. 45 yaşlı bir xəstədə rastlanan yeni göstəriciyə görə koronovirus özü ilə birlikdə bir sıra problemləri də özü ilə gətirir. Belə ki, bəzən koronavirusa qalib gəldikdən bir neçə həftə sonra xəstələrdə nəfəs darlığı, sinə ağrısı və döyüntüsü şikayətləri başlaya bilər.



Mütəxəssislər qeyd edirlər ki, xüsusi ilə də koronovirusun sağaldığı günlərdə ürək xəstəliyi ilə bağlı şikayətlər olarsa mütləq həkimə getməli, müayinə edilməlidir.

Aygün Nəbiyeva