Koronavirus xəstələri yaşayış yerini qanunsuz tərk etdi

  • 2020.11.14 12:46
  • 1758 Baxış
Koronavirus xəstələri yaşayış yerini qanunsuz tərk etdi

Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş daha iki nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 12-də Quba şəhəri ərazisində qurulan karantin postunda koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk edən Gültəpə kənd sakinləri C. Mustafayev və G. Mustafayeva saxlanılıb, dərhal keçirilən tədbirlərlə əraziyə həkim briqadası dəvət edilib və onlar təcili tibbi yardım avtomobilinə mindirilərək rayon ərazisindəki koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.