Koronavirus beyin funksiyalarını zəiflədir - ARAŞDIRMA

  • 2021.09.23 11:01
  • 1479 Baxış
Koronavirus beyin funksiyalarını zəiflədir -  ARAŞDIRMA
ABŞ və İngiltərədə aparılan araşdırmalara görə, koronavirus burundan ağciyərlərə və beynin daxili hissələrinə yayılaraq medial temporal adlanan yaddaşla əlaqəli hissəyə keçir. Bu isə insanlarda unutqanlığa və diqqət yayınmasına səbəb olur.

Medicina.az xəbər verir ki, bunu türkiyəli nevroloq Emir Ruşen deyib.



Onun sözlərinə görə, virus infeksiyaları zehni geriləməyə səbəb olur:

"Koronavirus qısa müddət davam edən bir xəstəlik deyil. Test nəticələri mənfi çıxdıqdan sonra belə xəstəliyin təsirləri hələ də davam edə bilər. Bütün virus infeksiyaları insanda zehni geriləməyə səbəb ola bilər. Altsheymer xəstələri COVID-19-a yoluxduqdan sonra xəstəliklərinin çox sürətlə irəliləyir, şikayətləri artır. Bu xəstələr xüsusilə diqqətli olmalıdırlar. Bəzi altsheymer xəstələri müalicə olub sağaldıqdan sonra uzun müddət normal vəziyyətə qayıda bilmirlər. Xəstəxanadan çıxdıqdan sonra yaxınlarını tanımaqda çətinlik çəkirlər".



Həkim altsheymer xəstələrinə məsləhətlərini də bölüşüb:

"Bu xəstələr çox isti yemək yeməkdən, qəbzliyə səbəb olan qidalardan uzaq durulmalıdır. 60 yaşdan yuxarı xəstələr yüksək miqdar karbohidratlı qidaları yemələri məsləhət edilmir. Bol lif qəbul edin. Daha çox tərəvəz və meyvələrə üstünlük verin. Çox yağlı, karbohidrat və duzlu qidalar da bu xəstələr üçün təhlükəlidir".