Koronavirusa 2-ci yoluxma olarsa, virus güclənəcək- Həkimdən AÇIQLAMA

  • 2021.01.13 10:34
  • 2424 Baxış
Koronavirusa 2-ci yoluxma olarsa, virus güclənəcək - Həkimdən AÇIQLAMA

Əgər koronavirusa təkrar yoluxma halları müşahidə olunarsa, bu, vəziyyəti mürəkkəbləşdirib arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Çünki təkrar yoluxma zamanı virusun yeni mutasiyasının əmələ gəlməsinə imkan yarana bilər.

Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

N.Abdullayev bildirib ki, virusdan sağalan şəxs yenidən yoluxarsa, bu zaman infeksiya insan orqanizmində formalaşan immunitetə qalib gəlmək üçün özünü dəyişdirə bilir və beləliklə, virusun mutasiya olunmuş (escape mutasiya) yeni variantı yaranır.

O qeyd edib ki, bu cür mutasiya artıq cənubi Afrikada rast gəlinib və mütləq olaraq Azərbayanda da ciddi nəzarətdə saxlanılmalıdır.

N.Abdullayevin sözlərinə görə, insanlar bilməlidir ki, hamını birdən vaksinasiya etmək mümkün deyil, ona görə də onlar vaksinasiyadan sonra da özlərini qorumalı və özünü təcridetmə qaydalarına əməl olunması davam etməlidir.