Koronavirusa ən çox bu sahənin işçiləri yoluxur

  • 2020.10.15 16:09
  • 1801 Baxış
Koronavirusa ən çox bu sahənin işçiləri yoluxur

Rusiya, Avropada koronavirusa yoluxan xəstələrin əksəriyyətinin peşə və iş yeri araşdırılıb.

Medicina.az xəbər verir ki, Rusiyada koronavirusa ən yüksək yoluxma ofis işçiləri arasında qeydə alınıb.


“Əsasən 30-39 yaş arası insanlarda virus aşkarlanır. Yoluxanlar ölkənin işləyən kateqoriyasıdır. Onların içində isə dövlət orqanları və ofis işçiləri böyük üstünlük təşkil edir” – deyə Rusiyanın dövlət məmuru Anna Popova bildirib.


Virusun qapalı şəraitdə yayılması barədə alimlər dəfələrlə açıqlama verib. Ofislər, dövlət qurumları, mağaza və market işçiləri koronavirusun ikinci dalğasında daha çox hədəfdədir.