Koronavirusa ən çox və ən az yoluxan qan qrupları - ALİMLƏR

  • 2021.07.26 17:51
  • 2062 Baxış
Koronavirusa ən çox və ən az yoluxan qan qrupları  - ALİMLƏR
ABŞ alimləri koronavirusa ən çox və ən az yoluxan qan qruplarını müəyyən edib.

Koronavirusa yoluxmuş 18-45 yaş arası 2713 nəfər arasında araşdırma aparılıb.

Bundan əlavə, virusun mərkəzi olan Uhan və Şenzen şəhərindəki üç xəstəxanada koronavirusdan ölən 206 nəfərin cəsədi və virusa yoluxmuş 775 insan müayinə edilib. Tədqiqata həmçinin yoluxmamış, lakin risk altında olan 3964 Uhan sakini daxil edilib.

Müəyyən edilib ki, koronavirusa ən çox - 37,75 % “B” (III) qan qrupu olanlar yoluxur. Ən az yoluxan şəxslər isə 25,80% olmaqla qan qrupu “A” (II) olanlardır.