Koronavirusa görə karantində olan iki tələbə evə buraxılıb - RƏSMİ

  • 2020.02.18 10:06
  • 1539 Baxış
Koronavirusa görə karantində olan iki tələbə evə buraxılıb -   RƏSMİ
Bakıda Kliniki Tibbi Mərkəzdə koronavirus təhlükəsilə karantində saxlanılan tələbələr evə buraxılıb.

Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə dünən evinə buraxılıb.

Onların səhhətində hər hansı bir problem aşkarlanmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.