Koronavirusa peyvəndləri qripə qarşı effektiv deyil - Teymur Musayev

  • 2023.01.20 09:32
  • 1715 Baxış
Koronavirusa peyvəndləri qripə qarşı effektiv deyil  -  Teymur Musayev
"Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil".

Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib

Nazir bildirib ki, COVID-19 əleyhinə olan vaksinlər məhz həmin virus üçün idi.

"Əminliklə deyə bilərik ki, üç doza vaksin alanlar koronavirusun yeni yaranan ştamlarına qarşı qoruyuculuğa malikdirlər. Onlar yoluxsa belə, xəstəliyi yüngül keçirirlər".