Koronavirusa qarşı peyvənd istehsal olunacaq - Qazaxstanda

  • 10 Avq 2020 14:49
  • 929 Baxış
Koronavirusa qarşı peyvənd istehsal olunacaq  - Qazaxstanda
Qazaxıstanın Jambıl vilayəti Korday rayonunda inşa olunan əczaçılıq müəssisəsində koronavirusa qarşı peyvənd dərmanı da istehsal olunacaq.

Medicina.az xəbər verir ki, bu barədə vilayət hakimliyinin mətbuat xidmətindən bildirilir.

İnşaat işlərinə bu ilin iyun ayından başlanmış əzcaçılıq müəssisəsini ilin sonunadək istifadəyə vermək hədəflənir. Bu barədə vilayət hakimi (icra başçısı) Berdibek Səpərbayev bildirib.

Qeyd edək ki, yeni müəssisədə həmçinin qrip, vərəm, quduzluq və bir çox başqa yoluxucu xəstəliklərə qarşı peyvən dərmanları da istehsal olunacaq.


X