Koronavirusa qarşı tədbirlər - Bu ölkədə sərbəst gəzmək məhdudlaşdırıldı

  • 2020.03.10 01:14
  • 18089 Baxış
Koronavirusa qarşı tədbirlər -  Bu ölkədə sərbəst gəzmək məhdudlaşdırıldı
İtaliyanın Baş naziri Cüzeppe Konte ölkədə sürətlə yayılan koronavirusla bağlı yeni qərar qəbul edib.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, Konte koronavirusa qarşı gördükləri tədbirlərin bütün ölkədə tətbiq olunacağını açıqlayıb.

Yeni qərara əsasən, məcburiyyət olmadıqca ölkədə insanların sərbəst hərəkəti məhdudlaşdırılacaq.