Koronavirusa qarşı yeni dərman - “Molnupiravir”

  • 2021.11.05 14:15
  • 1396 Baxış
Koronavirusa qarşı yeni dərman -  “Molnupiravir”
Avropa Birliyinin Avropa Dərman Agentliyi ABŞ-ın Merck əczaçılıq şirkəti tərəfindən istehsal olunan “Molnupiravir” dərmanının yeni növ koronavirusun müalicəsində istifadə edilməsini tövsiyə edib.

Medicina..az xəbər verir ki, Avropa Dərman Agentliyi pandemiya ilə mübarizə səylərindəki son vəziyyətlə bağlı mətbuat konfransı keçirib.

Agentlik “Molnupiravir” adlı dərmanın virusun bədəndə yayılmasını və ölüm hallarını azalda biləcəyini açıqlayıb və Aİ ölkələrinə marketinq icazəsini gözləmədən təcili istifadə üçün hazırlamağı tövsiyə edib.

İngiltərə sözügedən dərmanın istifadəsinə icazə verən ilk ölkə olub.