Koronavirusa yoluxan daha bir həkim öldü - FOTO

  • 2020.07.23 12:11
  • 9069 Baxış
Koronavirusa yoluxan daha bir həkim öldü  - FOTO
Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu.

Medicina.az-ın məlumatına görə, həmkarlarının bütün səylərinə baxmayaraq Suraxanı rayonunda yerləşən 23 saylı polikinikanın terapevti Mətanət Atayevanın həyatını xilas etmək mümkün olmayıb.

Vəziyyəti ağır olan həkim keçən ayın sonu Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilmişdi.

Xatırladaq ki, Azərbaycanda koronavirusa yoluxan 20-dən artıq həkim dünyasını dəyişib.