Koronavirusa yoluxan daha bir jurnalist sağaldı

  • 2020.07.28 18:20
  • 1785 Baxış
Koronavirusa yoluxan daha bir jurnalist sağaldı
COVID-19 infeksiyasına yoluxan jurnalist Nəzirməmməd Quliyev sağalıb.

M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər Klinik Xəstəxanasında müalicə alan jurnalist bu gün evə buraxılıb.

N.Quliyev hazırda özünü yaxşı hiss etdiyini, lakin müalicəni ambulator şəraitdə davam edəcəyini bildirib. O, virusa yoluxan insanlara şəfa diləyib, yoluxmayanları özlərini qorumağa çağırıb.

Xatırladaq ki, jurnalist iyul ayının ortalarında əvvəlcə özündə qızdıma hiss edib və evdə yüngül müalicə olunmağa başlayıb. Lakin sonra nəfəs darlığı yarananda testdən keçib və koronavirusa yoluxduğu məlum olub.