Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxan insanlarda 70-dən çox xəstəlik yarana bilər

  • 2024.03.20 19:42
  • 1785 Baxış
Koronavirusa yoluxan insanlarda 70-dən çox xəstəlik yarana bilər
COVID-dən sonrakı dövr 70-dən çox xəstəliyin və iki yüzdən çox əlamətin təzahürünə və ya kəskinləşməsinə səbəb ola bilər.

Medicina.az xəbər verir ki, bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok xəbərdarlıq edib.

Post-COVID hansı xəstəliklərə səbəb ola bilər?

Bolibokun dediyi kimi, artıq COVID-dən sonrakı vəziyyətlə əlaqəli 70-dən çox xəstəlik və 200-dən çox əlamət var.

Həkimin sözlərinə görə, bu xəstəlikləri üç qrupa bölmək olar.

Birincisinə somatik xəstəliklər daxildir - bir insanın meylli olduğu xəstəliklər.

İkinci qrupa sinir sistemi ilə əlaqəli uzun müddət davam edən iltihab nəticəsində özünü göstərən xəstəliklər daxildir.

Bu cür pozğunluqlarla əlaqəli ümumiləşdirilmiş vəziyyət "beyin dumanı" adlanır.

Üçüncü qrup damar yatağının iltihabı və qanın laxtalanmasının pozulması ilə əlaqəli xəstəliklərdir.

"Bəşəriyyət ilk dəfədir ki, qan damarlarının daxili qişasının iltihabına səbəb olan belə infeksiya ilə qarşılaşır", - Bolibok qeyd edib.

(lent.az)