Koronavirusa yoluxan Xatirə İslam və əri xəstəxanaya yerləşdirildi

  • 2021.04.16 11:18
  • 1608 Baxış
Koronavirusa yoluxan Xatirə İslam və əri xəstəxanaya yerləşdirildi

Müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadə koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, cütlükdə bir müddət əvvəl “COVID-19” aşkarlanıb.

Hər iki şəxs bir neçə gün ev şəraitində müalicə alsa da, daha sonra F. Musazadənin vəziyyəti ağırlaşıb. O, gecə saatlarında Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

X. İslam da həyat yoldaşının yanında olmaq, onu diqqətdə saxlamaq üçün xəstəxanaya aparılıb. Sənətçinin vəziyyətinin normal olduğu bildirilir.