Koronavirusa yoluxanların sayı 14,5 milyonu keçdi

  • 2020.07.19 23:51
  • 9575 Baxış
Koronavirusa yoluxanların sayı 14,5 milyonu keçdi
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 14,5 milyon nəfəri keçib.

Medicina.az xəbər verir ki, virusa yoluxma sayı 14 milyon 560 min 933, pandemiya qurbanlarının sayı isə 607 min 102 nəfərə çatıb.

İndiyədək 8 milyon 696 min 410 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.