Koronavirusa yoluxanların sayı 40 milyonu keçdi - DÜNYADA

  • 2020.10.18 13:53
  • 5096 Baxış
Koronavirusa yoluxanların sayı 40 milyonu keçdi -  DÜNYADA

Dünyada koronavirusa yoluxan 29 922 911 nəfər sağalıb, 1 115 202 nəfər isə virusdan ölüb.

Medicina.az xəbər verir ki, indiyədək 40 006 239 nəfərə COVID-19 diaqnozu qoyulub.

Beləliklə, son 1 ayda dünyada daha 10 milyon nəfərin koronavirusa yoluxduğu müşahidə olunub.

Ən çox yoluxma halları ABŞ (8 343 140), Hindistan (7 494 551) və Braziliyada (5 224 362) qeydə alınıb.