Koronavirusa yoluxdu, qulağı tutuldu – Yeni fəsad

  • 2020.10.15 16:32
  • 1405 Baxış
Koronavirusa yoluxdu, qulağı tutuldu  – Yeni fəsad

45 yaşlı Britaniyalı pasiyent koronavirusdan sonra eşitməsini tamamilə itirib.
Həkimlərin sözlərinə görə, bu virus fəsadları içərisində ilk faktdır.

Medicina.az xəbər verir ki, astmadan əziyyət çəkən pasiyent London xəstəxanasının reanimasiyasına yerləşdirilib.

İVL aparatına qoşulan xəstə 30 gün aparatda qalır. Reanimasiyadan çıxdıqdan sonra qəflətən onun sol qulağı kar olur.
Müayinələr göstərib ki, buna səbəb orta qulaq sinirinin iltihabı və zədələnməsidir. Qulaq kanalı blok olub.

Steroid preparatların təyinindən sonra eşitmə qismən bərpa olunub, lakin bir qulaqda 90% karlıq qalıb.

Həkimlər koronavirus xəstələrinə qulaqla bağlı ən xırda dəyişikliyə fikir verməyi və vaxtında həkimə müraciət etməyi tövsiyə edir.

Bu problemin qarşısını xəstəlik başlayan kimi steroid dərmanların qəbulu ala bilər.

Eləcə də koronavirus xəstələrini müalicə edən həkimlərə eşitmə orqanı və qulaq kanalını diqqətdə saxlamaq tövsiyə edilir. Öncədən qabaqlayıcı tədbir görmək lazımdır ki, xəstələr sonda kar olmasın.