Koronavirusa yoluxmuş əməkdar həkim vəfat etdi

  • 04 Okt 2021 16:08
  • 517 Baxış
Koronavirusa yoluxmuş əməkdar həkim  vəfat etdi
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Medicina.az xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, əməkdar həkim Aydın Qədirov COVID-19-dan dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, həkim bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, A. Qədirov bir müddət Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu olub.