Koronavirusa yoluxub sağalanlar da peyvənd olunacaqmı? – Virusoloqdan cavab

  • 2021.01.16 17:31
  • 2343 Baxış
Koronavirusa yoluxub sağalanlar da peyvənd olunacaqmı?  – Virusoloqdan cavab


Hazırda bir çox ölkələrdə əhalinin xeyli hissəsi açıq və ya simptomsuz koronavirusa yoluxub sağalıb. Eləcə də yüzlərlə xəstəxanada müalicə alan xəstələr olub. Bəs bu insanlara peyvənd lazımdırmı?


Medicina.az xəbər verir ki, rusiyalı professor, virusoloq Aleksey Aqranovskiy yoluxanlarla bağlı açıqlama verib.


O bildirib ki, 6 ay bundan əvvəl yoluxub sağalanlar koronavirus peyvəndi etdirməyə bilər. Onlar 5-6 ay da keçdikdən sonra yenidən antitel analizi verib, peyvənd oluna bilər.

Koronavirusa yoluxmuş, xüsusən orta və ağır xəstələrdə virusa qarşı immunitetin antitelləri olur. Onlar orqanizmdə 6 ay və bəzən daha çox qalır.
Ona görə peyvəndin mənası yoxdur.


Digər tanınmış həkim Myasnikov da koronavirus keçirmiş şəxslərin vaksin olunmasını lazım bilmir.