Koronavirusa yoluxub sağalanlara peyvənd vurulmayacaq - TƏBİB

  • 2020.12.18 15:57
  • 2036 Baxış
Koronavirusa yoluxub sağalanlara peyvənd vurulmayacaq  - TƏBİB


Yanvar ayından Azərbaycanda ilk dəfə koronavirusa qarşı vaksinasiyaya başlanılır.

Vaksinin kimə, necə vurulması vaksin istehsalçısının tövsiyələrindən asılıdır.

Medicina.az xəbər verir ki, TƏBİB rəsmisi son 6 ayda koronavirusa yoluxub sağalmış şəxslərə birinci mərhələdə vaksin olunmayacağını açıqlayıb.


Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev isə bildirib ki, koronavirusdan sağalan şəxsin yoluxmasından 4-5 ay keçibsə, onun vaksinasiya olunmasına ehtiyac yoxdur:


"Bir çox ölkələrdə koronavirusa yoluxanlar vaksinasiya olunmurlar. Onların vaksinasiyası ikinci mərhələdə düşünülür".