Koronavirusdan daha qorxulu bəla - Uşaqlarla bağlı xəbərdarlıq

  • 2020.07.16 09:19
  • 9860 Baxış
Koronavirusdan daha qorxulu bəla    - Uşaqlarla bağlı xəbərdarlıq
Ümumdünya Səhiyyə Təşkilatı dünyanı cənginə alan koronavirus pandemiyası fonunda daha ciddi bir xəbərdarlıq edib.

"BakuPost"un məlumatna görə, onlarla ölkədə minlərlə həkim koronavirusa yoluxanları sağaltmaq üçün gecə-gündüz çalışır, peyvəndlər üzərində iş tam sürətlə davam edir. Dünyanın təlaşla vaksin gözlədiyi bir zamanda ÜST qorxudan açıqlama yayıb. Bu dəfə açıqlama uşaqlarla bağlıdır.

UNICEF ilə birlikdə mətbuat konfransı keçirən ÜST-ün baş katibi Tedros Adhanom Qebreyesus koronavirusun yayılması fonunda uşaqların çox ciddi risk altında olduğunu bəyan edib.

Onun sözlərinə görə, COVİD-19 səbəbi ilə uşaqların tetanus, qızılca kimi peyvəndlərinin vurulma səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. “Uşaqların peyvəndlərinin vurulmaması koronavirusdan daha böyük risk daşıyır".

ÜST rəsmiləri 82 ölkənin 3/4-də koronavirusa görə peyvəndləmə proqramlarının azaldığını, bu proqramların yenidən fəallaşmasının olduqca vacib olduğunu bildiriblər.

Bu gecikmələr uşaqların sağlamlıqları üçün böyük risk yarada, həm də 2020-ci ilin sonu üçün yeni xəstəliklərin yayılmasına yol aça bilər.

Peyvəndləmənin azalmasının bir çox səbəbi var. Bunlardan biri dünya ölkələrində həyata keçirilən "evdə qal" çağırışları, eləcə də həkimlərin böyük qisminin koronavirusla mübarizəyə cəlb edildikləri üçün onların istənilən vaxt əlçatan olmamasıdır. Pandemiyanın səbəb olduğu işsizlik, maddi sıxıntılar da bu siyahıya aiddir.