Koronavirusdan ölən şəxs 1 ay sonra evinə qayıtdı - KURYOZ OLAY

  • 2020.05.28 15:07
  • 3349 Baxış
Koronavirusdan ölən şəxs 1 ay sonra evinə qayıtdı   - KURYOZ OLAY

Şri Lankada koronavirus pandemiyasının tüğyan etdiyi bir dönəmdə öldüyü deyilən və cansız bədəni ailəsi tərəfindən dəfn edilən şəxs 1 ay sonra evinə qayıdıb.


Medicina.az xəbər verir ki, Fereyra adlı yaşlı şəxsi bir ay boyunca koronavirus səbəbiylə elan edilən ciddi karantin səbəbiylə evinə dönə bilməyib və başqa yerdə qalıb.

Ailəsi onu axtarsa da ola bilsin ki, kişi xəstələnib xəstəxanaya qaldırılıb deyə düşünüblər. Bir müddət sonra isə onlara məlumat verilib ki, ailə üzvünüz koronavirusdan öldü, dəfn edin. Meyit qapalı tabutda olduğu üçün ailə onun üzünə baxmayıb.

Dəfn edilən cənazənin isə kimə aid olduğu hələ də müəyyənləşdirilməyib.

Dandiris Fereyra başına gələn olayla bağlı danışarkən "Evə gəldiyimdə hər kəs şok olmuşdu. Onlara olanları danışmaq üçün polislə evə gəlməyim lazım idi. Öz məzarını görən ilk şəxs olacağım ağlıma gəlməzdi"