Koronavirusdan qorunmaq üçün bunu etdi - ŞOK ÜSUL

  • 2021.02.23 10:40
  • 1445 Baxış
Koronavirusdan qorunmaq üçün bunu etdi -  ŞOK ÜSUL

Böyük Britaniyada bir qadın və 4 uşağı özlərini koronavirusdan qorumaq məqsədilə ilə 4 gün ərzində öz sidiklərini içib.

Medicina.az Publika.az- a istinadən xəbər verir ki, bu barədə “Newsweek.com” məlumat yayıb.

Xəbərə görə, qadının Vatsapına sidiyin "qoruyucu xüsusiyyətləri"ndən bəhs edən video daxil olub. O da koronavirusa qarşı vaksinə etibar etmək əvəzinə ənənəvi müalicə metodlarına etibar etməyi üstün tutub.

Bu qadın ingilis həkimlərlə söhbətində “Microsoft”un qurucusu Bill Qeyts və həyat yoldaşı Melindanın təhlükəli koronavirus vaksini yaratdığına inandığını deyib.

Bu hadisə beynəlxalq siyasətçi və səhiyyə işçilərinin yayılan yalan məlumatların koronavirus peyvəndlərinin yayılmasına və insanların peyvənd olub-olmamasına dair qərarlarına təsir göstərə biləcəyi qorxularını bir daha təsdiqləyir.