Koronavirusu ağır keçirən xəstəyə yüksək dozalı C vitamini yükləmək olmaz

  • 2021.09.27 15:19
  • 2112 Baxış
Koronavirusu ağır keçirən xəstəyə yüksək dozalı C vitamini yükləmək olmaz
Vitamin C imminutetə dəstək verən və ölmüş hüceyrə qalıqlarını orqanizmdən xaric etməyə yardım edən güclü antioksidant vitamindir.

Pandemiya zamanı bu vitamin xüsusisə aktuallaşdı, yada düşdü. Korona diaqnozunu alan kimi xəstələrə damardaxili köçürmə ilə yüksək dozalı C vitamini vurmağa başladılar.

Medicina.az xəbər verir ki, rusiyalı bioloq və jurnalist Veniamin Fridştand bu vitaminin hiperdozlarının koroanvirus xəstəsinin xeyrinə yox, əksinə zərərinə olduğunu bildirib.

“ C vitamini özlüyündə yaxşıdır, amma kovidə tutulana qədər və ya ilk 2-3 gündə. Çünki xəstəlik irəliləyib orta-ağır formaya keçdikdə qanın çox göstəriciləri dəyişir, xüsusən fibrinogen və D –dimer artır. Bu da qanda trombların dağılması nəticəsində yaranır.

Vitamin C trombların parçalanması nəticəsində zülalların çökməsi prosesini pisləşdirə bilər. Vitamin C prooksidant təsiri ilə orqanizmin xəstəliklə mübarizəsində tamam ayrı istiqamət alan maddələr mübadiləsinə mənfi təsir edir.

Ona görə də stasionarlarda və reseptlərdə gördüyüm o yüksək dozalı C vitamini qəbulundan çəkinin.
Xüsusən D dimmer və ferritin analizi yüksək olan xəstələrə vitamin C yükləmək olmaz”.