“Koronavirus xəstələrinin psixikası Vyetnam, Əfqanıstan müharibəsindən çıxanlarla eynidir” – Psixoterapevtdən İLGİNC

  • 2020.11.03 16:22
  • 15667 Baxış
“Koronavirus xəstələrinin psixikası Vyetnam, Əfqanıstan müharibəsindən çıxanlarla eynidir”  – Psixoterapevtdən İLGİNC


“Koronavirusu keçirmiş insanların psixikasında yaranan fəsadlar, baş verən dəyişikliklər Vyetnam, Əfqanıstan müharibəsindən çıxmış əsgərin psixoloji problemləri ilə eyni dərəcədədir”

Medicina.az xəbər verir ki, bunu Bexterev adına Psixiatriya və nevrologiya mərkəzinin rəhbəri Tatyana Karavayeva bildirib.

Bu xəstələrdə beyin, şüur, psixikada ciddi yayınmalar baş verir, əgər vaxtında aşkarlanıb müalicə olunmasa intihar həddinə kimi çata bilər.

Xəstəlikdən sonrakı posttravmatik sindrom çox təhlükəlidir. Əvvəl belə sindrom Əfqanıstan və Vyetnam müharibəsi iştirakçılarında rast gəlinirdi.

Ciddi həyati təhlükə keçirmiş və atlatmış hər bir şəxsdə bu pozulma yarana bilər. Amma əvvəl bunu müharibə qurbanlarına aid edirdiksə, indi koronavirus pandemiyası dövrü insanlarına şamil etmək olar.

“Covid 19 virusuna yoluxması diaqnozunu öyrənən insan, bununla mübarizə aparan, müalicə alan, xəstəxanada yatan və ordakı vəziyyəti görən insan elə hesab edin ki, düz üzünə sən xərçəngsən diaqnozunu alan xəstə kimidir. Stress dozası eyni miqdardadır.

Onkoloji xəstəyə yenə ümidlə 5-6- ay yaşayacaqsan deyirlər, koronavirusda isə ölüm günlər içində baş verə bilər. Burda müddət də azdır. Xəstələr ölməsələr belə sağalana kimi ölüm qorxusu ilə yaşayırlar.

Ona görə də xəstələr diaqnoz qoyulandan sonra və müalicə bitdikdən sonra psixoterapevtik müalicə seansları almalı, psixoloq dəstəyi görməli, bu travma ilə baş -başa qalmamalı, dərinləşdirməməlidirlər.