Koronavirusun daha bir növü aşkarlandı

  • 2021.02.25 15:24
  • 1590 Baxış
Koronavirusun daha bir növü aşkarlandı

Nyu Yorkda yayılmağa başlayan koronavirusun mutasiyaya üğramış yeni növünün müalicəsi zamanı mövcud peyvənd dərmanlarının səmərəsiz qala biləcəyi güman edilir.

Medicina.az NYT-yə istinadən xəbər verir ki, bu qənaət Kaliforniya Texnologiya İnstitutu və Kolumbiya Universiteti əməkdaşlarının birgə tədqiqatında irəli sürülüb.

Həmçinin Nyu York növündə başqa ölkələrdə, o cümlədən Cənubi Afrika Respublikasında aşkarlanmış mutasiyaların da mövcud olduğu bildirilir.