Koronavirusun daha təhlükəli ştammı yarana bilər - ÜST rəhbəri

  • 2022.02.21 17:57
  • 2170 Baxış
Koronavirusun daha təhlükəli ştammı yarana bilər -  ÜST rəhbəri
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus COVID-19-un daha təhlükəli ştamının yarana biləcəyi barədə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, ÜST rəhbəri qeyd edib ki, koronavirusun daha təhlükəli ştamı yaranması mümkündür. T.Qebreyesus koronavirusun daha yoluxucu, daha təhlükəli variantının ortaya çıxması üçün ideal şəraitin olduğunu vurğulayıb.

Bəzi ölkələrdə peyvəndin geniş yayılması və koronavirusun "omikron" ştamının xəstəliyin ümumiyyətlə daha az ağır gedişinə səbəb olması “pandemiyanın bitdiyi barədə təhlükəli rəvayətə” səbəb olub. Bununla belə, ÜST-ün baş direktoru xatırladıb ki, dünyada hər həftə təxminən 70 min insan COVID-19-dan ölür, səhiyyə sistemləri həddən artıq yüklənir və virusun təkamülünün monitorinqi kifayət qədər aparılmır.