Koronavirusun heyvandan keçmədiyini sübut edəcəyik

  • 2020.09.14 16:53
  • 1998 Baxış
Koronavirusun heyvandan keçmədiyini sübut edəcəyik

Yeni tip koronavirusu analiz edən ilk elm adamlarından biri olan və pandemiyanı elan etmək üçün ABŞ-a qaçmağa məcbur qalan çinli virusoloq Li Menq Yan şok iddia səsləndirib.

Mütəxəssis koronavirusun laboratoriya məhsulu olduğunu deyib.

O, komandası ilə birlikdə hazırladığı sənədi yayımlayacaqlarını bildirib: "Sənədi yaxın zamanda dünya ilə bölüşəcəyik. Detallı elmi dəlillərlə xəstəliyin nədən yarandığını, heyvanlardan keçən infeksiya olmadığını göstərəcəyik".

Daha əvvəl "Fox News"a açıqlama verən Menq Yan koronavirus pandemiyasının tarixdəki ən böyük pandemiya olduğunu söyləmiş, yayılma tarixinə isə xüsusi diqqət çəkmişdi.(publika.az)