Koronavirusun ilk hibrid növü aşkarlandı

  • 2021.02.18 10:08
  • 1317 Baxış
Koronavirusun ilk hibrid növü aşkarlandı

ABŞ alimləri koronavirusun iki müxtəlif ştammının birləşməsindən yaranan yeni hibrid növünü aşkar ediblər.

Medicina.az "Daily Mail"ə istinadla xəbər verir ki, Hyu-Meksiko ştatındakı Los-Alamos milli laboratoriyasının həkimi Bett Korber tərəfindən aşkar edilən ştamm koronavirusun ilk hibrid növüdür.

Həkimin sözlərinə görə, virusun hibrid növü Britaniyada yaranmış B.1.1.7 və ABŞ-da qeydə alınmış B.1.429 ştamlarının qarışığından əmələ gəlib. Hələlik, bu növ hibrid virus yalnız bir nəfərdə aşkarlanıb. Onun keçicilik dərəcəsi məlum deyil. Lakin hibrid ştamma yoluxmuş şəxslərin sayının artması istisna olunmur./Publika.az