Koronavirusun kişilərə təsiri: Sonsuzluq, istəksizlik...

  • 2021.04.08 17:06
  • 1758 Baxış
Koronavirusun kişilərə təsiri:  Sonsuzluq, istəksizlik...
Koronavirusun insan sağlamlığına zərərləri açıqlanmaqla bitmir.

Medicina.az xəbər verir ki, türkiyəli mütəxəssis Mustafa Faruk Usta koronovirusun cinsi sağlamlığa təsiri barədə danışıb:

“Koronavirusun cinsi sağlamlığa təsiri barədə bütün dünyada araşdırmalar aparılıb. Təxminən 1 ildir ki, COVID-19-un ağciyər, böyrək, ürək kimi həyati orqanlara təsiri müzakirə edilir. Çünki bu orqanlar üzərindəki təsirləri ölümlə və ya qalıcı zərərlə nəticələnə bilər. Araşdırmalarda koronavirusun cinsi sağlamlığa da təsir etdiyi sübut olunub. Belə ki, araşdırmaya görə, koronavirusu keçirənlərdə sperma sayında, hərəkətində azalma olduğu ortaya çıxıb. Virusa yoluxanlar və yoluxmayanlar arasında testesteron hormonunun azalması müşahidə olunub. Bu da kişidə cinsi istəyə, libidoya təsir edər, gələcək zamanlarda cinsi funksiyaların pozuntusuna yol açar”.