“Koronavirusun müalicəsi əvvəlki effekti vermir” - Açıqlama - VİDEO

  • 2021.03.29 17:23
  • 1516 Baxış
“Koronavirusun müalicəsi əvvəlki effekti vermir” -  Açıqlama - VİDEO

Həkimlər son zamanda koronavirusa yoluxanların səhhətinin ilk gündən ağırlaşdığını bildirir. Onların müalicəsində protokol qaydasının tətbiqinin istənilən nəticəni verməməsi müalicə üsulunun dəyişdirilməsi ilə bağlı məsələni gündəmə gətirib.

Medicina.az xəbər verir ki, məsələ ilə bağlı “ARB Xəbər”ə açıqlama verən TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, müalicə protokolunda dəyişiklik nəzərdə tutulmayıb:

“Koronavirusun hələ də təsdiq olunmuş dərmanı yoxdur. Bütün dünyada olduğu kimi, bizdə də müəyyən təsirə malik olan virus əleyhinə bir neçə preparatlardan istifadə olunur”.