Koronaya qarşı vaksin ümidi: "Trampın dərmanı" və Rusiyanın iddiası

  • 2021.01.28 14:00
  • 1558 Baxış
Koronaya qarşı vaksin ümidi: "Trampın dərmanı" və Rusiyanın iddiası
Koronavirusa qarşı yaradılan peyvəndlər üzərində çalışmalar davam edir.

"Medicina" xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın “Regeneron” adlı dərman şirkəti koronavirusa qarşı yaratdığı REGEN-COV adlı peyvəndin virusa qarşı 100 faiz effektli olduğu açıqlandı. Keçmiş prezident Donald Trampın müalicəsində də istifadə edilən dərman infeksiya riskini də yarıya endirir. Dərman yoxlanışları Amerikada 400 nəfər, İngiltərədə isə 72 xəstəxana olmaqla 2 min insan üzərində aparıldı.

Mutasiyaya qarşı zəifdir

ABŞ-ın digər dərman şirkəti “Eli Lilly” isə yaratdıqları antikor terapiyasının koronaya qarşı effektli olduğunu bildirdi. Qeyd edildi ki, 1035 xəstə üzərində aparılan peyvənd virusa qarşı 70 faiz təsirlidir. Aparılan başqa bir araşdırmaya görə, Regeneron və Eli Lilly tərəfindən yaradılan peyvəndlərin koronavirusun Cənubi Afrikada yayılan yeni mutasiyasına qarşı daha zəif təsirə malik olduğu iddia edildi.

Rusiyadan peyvənd iddiası

Rusiyada isə Sovetler dövründə kimyəvi silah olaraq ‘Noviçok’ maddəsini yaradan kimyagər Leonid Rink, indi də koronavirusa qarşı peyvənd yaradıb. Rink “İmmofon” adını verdiyi dərmanın təsirli olduğunu qeyd edib. Dərmanın 700 nəfər yaşlı üzərində sınandığını deyən, Leonid Rink ölümlərə səbəb olan sitokinin qarşısını aldığını da vurğulayıb.

Aygün Nəbiyeva