Körpələri satan mütəşəkkil cinayətkar dəstə saxlanıldı

  • 2025.12.12 16:44
  • 90 Baxış
Körpələri satan mütəşəkkil cinayətkar dəstə    saxlanıldı


Qazaxıstan hüquq-mühafizə orqanları yeni doğulmuş körpələrin ticarəti ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar qrup aşkarlayıb.


Medicina.az xəbər verir ki, məlumata görə, təşkilatçılar gənc qadınların çətin vəziyyətindən sui-istifadə edərək onları uşaqlarını müəyyən ödəniş müqabilində üçüncü tərəflərə təhvil verməyə məcbur ediblər.

Daxili İşlər Nazirliyi qrupun bütün üzvlərinin saxlanıldığını qeyd edib. Araşdırma çərçivəsində 20-dən çox cinayət işi açılıb. Şübhəliləri əmlakları müsadirə olunmaqla 18 ilədək həbs cəzası gözləyir.

medicina.az