Kovid keçirib peyvənd vurduranda, immunitet daha da güclənir - Nazirlik rəsmisi

  • 2021.10.20 16:28
  • 1038 Baxış
Kovid keçirib peyvənd vurduranda, immunitet daha da güclənir -  Nazirlik rəsmisi
“Peyvəndə olan əks-göstərişlərin bəziləri müvəqqəti xarakter daşıyır. Bir müddət keçdikdən sonra peyvənd olunması tövsiyə edilir”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov canlı yayımda sualları cavablandıran zaman deyib.

O bildirib ki, peyvəndin vaxtında vurdurulması daha məqsədəuyğundur:

“Əgər şəxs COVID-19-a yoluxaraq xəstələnib və rəsmi şəkildə qeydiyyata düşübsə, immun sertifikatı alır. 6 aydan sonra vaksin olunmalıdır ki, onun immun sertifikatının müddəti uzadılmış olsun. Xəstəlik keçirib peyvənd olunursa, onun immun sistemi daha da güclənir”.