Kovid zamanı antibiotik qəbul etmək təhlükəlidir - Məşhur həkim

  • 18 Okt 2021 16:40
  • 1069 Baxış
Kovid zamanı antibiotik qəbul etmək təhlükəlidir -  Məşhur həkim
Pandemiya başlayandan antibiotiklər koronavirusa təsir etmir deyilsə də, hələ də müalicə protokollarında antibiotiklər birinci yerdədir.

Medicina.az xəbər verir ki, Moskvanın məşhur baş həkimi Denis Proçenko bir daha xəbərdarlıq edib.

“Birdəfəlik bilin ki, virus infeksiyasında antibiotik heç kömək etmir. Virusun elə bir komponenti yoxdur ki, antibiotik ona təsir etsin. Antibiotiklər bakteriyaların quruluşuna uyğun hazırlanıb. Ona görə də kovid zamanı antibiotiklərin təyini təhlükəlidir, lazımsızdır.

Kovid müalicəsində əsas səhv xəstələrə evlərdə ya özləri, ya da tanış həkimlər tərəfindən koviddə lazımsız olan dərmanların təyinidir. Bu dərmanlar yüksək toksiki təsir edir, digər orqanları pozur və əsas xəstəliyin müalicəsini çətinləşdirir, kovidə qarşı lazımi dərmanları verəndə orqanizm artıq dözmür”.