Koviddən sonra qaraciyər zədələnməsinin ƏLAMƏTLƏRİ

  • 2022.02.23 17:38
  • 1724 Baxış
Koviddən sonra qaraciyər zədələnməsinin  ƏLAMƏTLƏRİ
Koviddən sonra ürəkbulanma qaraciyərdən qaynaqlanır
Koronavirus xəstəliyindən sonra qaraciyərin işində pozulmalar müşahidə olunur.

Medicina.az xəbər verir ki, həkim qastroenteroloq Olqa Kolokolnikova bu problemin simptomlarını açıqlayıb.

Kovid qaraciyəərə bir neçə formada təsir edir. Birincisi, bu orqanda virusun çöküb yapışması üçün reseptorlar var. Bu zaman qaraciyər hüceyrələri zədələnir.

İkincisi xəstənin çox sayda fərqli dərmanlar qəbul etməsi ilə toksiki təsirdir. Üçüncüsü ümumi virus və dərman intoksikasiyası.
Qaraciyər kovid bitdikdən sonra da bütün bunlarla mübarizə aparır.

Qaraciyərdə problemin olduğunu göstərən əlamətlər: ürəkbulanma, köp, ağırlıq və dəri rəngində dəyişiklikdir.
Bu hallar varsa, mütləq terapevt və ya qastroenteroloqa müraciət edin.

Əgər insanın ağzında acı dad, dilində sarı ərp varsa, bu öd yollarının zədələnməsi deməkdir.

Hətta ən yüngül koviddə belə qaraciyər təzyiqə məruz qala bilər.