Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kredit kartı ilə qurbanlıq almaq olarmı?

  • 2025.05.10 16:31
  • 72 Baxış
Kredit kartı ilə  qurbanlıq almaq olarmı?

Bir çox vətəndaşı kredit kartı ilə qurbanlıq heyvanların alınmasının caiz olub-olmaması maraqlandırır.

Medicina.az xəbər verir ki, Qurban bayramı yaxınlaşdıqca vətəndaşlar dini vəzifələrini yerinə yetirmək üçün yollar axtarırlar.

Bu gün ən çox istifadə edilən ödəniş üsullarından biri olan kredit kartı ilə qurban kəsmək dini baxımdan beyinlərdə sual işarəsi yaradır.

Bəs kredit kartı ilə qurbanlıq heyvanların almaq olar?



Qurban kəsməyə borclu olan şəxs qurbanlıq heyvanı nəğd və ya kredit kartı ilə birdəfəlik və ya hissə-hissə ödəməklə ala bilər. Bu çərçivədə qiymətin kredit kartı ilə ödənilməsi heç bir maneə yaratmır.

Bununla belə, kredit kartı borcunu vaxtında ödəmək və gecikmədən yaranan faiz xərclərinə düşməmək lazımdır. Kredit kartı ilə taksitlə qurban kəsilərkən, əgər bank taksit tətbiq edərsə və əlavə haqq ödənirsə, qurbanlıq səhihdir, lakin faizli əməliyyata görə ayrıca günah olacağı üçün bundan çəkinmək lazımdır.

Qeyd edək ki, iyunun 6, 7-si Qurban bayramı günləri olaraq müəyyən edilib.

Aygün
Medicina.az